Ermənistan hakimiyyəti həyəcanda: “Azərbaycanlılar videokameralara giriş əldə ediblər!”

  • 13:37 - 27 Oktyabr

Ermənistanın hakimiyyət orqanları vətəndaşlara smartfon telefon xəbərdarlığı etdikdən sonra daha bir bir müraciət yayılıb.

İşğalçı ölkənin Ədliyyə Nazirliyinin şəxsi məlumatları müdafiə agentliyi “düşmənin təhlükəli fəaliyyətləri” barədə təşviş dolu xəbərdarlıq mətni yayıb.

Bildirilir ki, son vaxtlar azərbaycanlılardan ibarət qruplar Ermənistandakı evlər, maqazinlər və digər yerlərdən Youtube-də videolar yayırlar.

Ermənistanın rəsmi qurumunun iddiasına görə, azərbaycanlılar buna kameralara müdaxilə etməklə nail olurlar. “Onlar videokameralara giriş əldə ediblər, hansı ki, o kameralar internetə qoşulub, yaxud kifayət dərəcədə qorunmur”, məlumatda deyilir.

Agentlik təhlükəsizlik tədbirləri görməyə çağırıb. Parolu dəyişməyi, mütəxəssislərə, yaxud hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

Belə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun onlara nəinki Qarabağda sarsıdıcı zərbələr vurmasının, hətta İT mütəxəssislərimizin düşmənin evinə də girməsinin fərqindədirlər və ciddi təşviş keçirirlər.

Musavat.com


Oxunma sayı: 4830

Oxşar yazılar