Fransa parlamentinin üzvləri Qarabağ terrorçuları ilə bir yerdə - FOTOFAKT

  • 00:42 - 27 Oktyabr

Fransa parlamentinin bir qrup ermənipərəst deputatı işğalçı Ermənistana dəstək məqsədilə İrəvana səfər etdikdən sonra qeyri-qanuni şəkildə işğal altındakı Azərbaycan ərazilərinə də gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 26 oktyabrda Fransa parlamentarları Qarabağdakı qondarma rejimin oyuncaq “xarici işlər naziri” Masis Mailyanla görüşüblər.

Ermənipərəst fransızlar Qarabağdakı terrorçu rejimin “müstəqilliyinin” tanınması barədə Fransa parlamentində məsələ qaldırdıqlarını deyiblər və bununla bağlı kağız parçasını Mailyana təqdim ediblər. Erməni terrorçusu deputatlara Azərbaycan və Türkiyə əleyhinə sərsəmləmələrini çatdırıb, onlardan xilas üçün kömək istəyib. Həmçinin hazırkı müharibənin ilk günlərindən erməni işğalını açıq şəkildə dəstəkləyən prezident Makronla bağlı yüksək fikirlərini çatdırıb. M.Mailyan deyib ki, döyüşlər başlayandan əhalinin 60 faizi Qarabağı tərk edib, bölgədə mürəkkəb humanitar vəziyyət yaranıb.

Yekunda ermənipərəst fransızlar “dqr”ın “müstəqilliyi”nin tanınması ilə bağlı Fransa parlamentinə təqdim etdikləri “qərar layihəsini” M.Mailyana təqdim ediblər. Bildirilib ki, artıq 50 fransız deputat bu təşəbbüsə qoşulub.

Gözlənilir ki, rəsmi Bakı Fransa parlamentinin üzvlərinin Azərbaycan ərazisinə qanunsuz səfəri ilə bağlı müvafiq addım atacaq. Fransanın Bakıdakı səfirliyinə etiraz notasının təqdim olunacağı da istisna deyil. Bu kimi addımlarına görə bildirilir ki, Deputatları terrorçu və işğalçıların yanında olan bir dövlətin həmsədr olmağa birmənalı şəkildə haqqı yoxdur. - 


Oxunma sayı: 3884

Oxşar yazılar