Son dəqiqə : Türkiyənin Hatay vilayətində antiterror əməliyyatı zamanı partlayış - Polisə atəş açan terrorçu özünü partlatdı (FOTOLAR)

  • 23:01 - 26 Oktyabr

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayon mərkəzində partlayış baş verib.

Avropa.info xəbər verir ki, partlayışın "canlı bomba" olan terrorçunun özünü partlatması səbəbindən baş verdiyi iddia edilib. 

Türkiyə mətbuatının yaydığı məlumata görə, polis PKK terror təşkilatı üzvlərinin şəhərdə gizləndikləri yeri aşkarlayıb. Polisin "təslim ol" əmrinə tabe olmayan terrorçular polislə atışıblar. Vətəndaşlardan birinin avtomobilini qəsb edən terrorçular 26 km qaça biliblər. Polisdən qaça bilməyəcəyini anlayan terrorçulardan biri özünü partladıb. Ölü və yaralı yoxdur.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürmə və səhiyyə briqadası sövq edilib. Prospektlər bağlanılıb. 


Oxunma sayı: 3730

Oxşar yazılar