Hikmət Hacıyev: “Saat 08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb”

  • 18:05 - 26 Oktyabr

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.   


Oxunma sayı: 4687

Oxşar yazılar