Son dəqiqə: Düşmən kvadrokopteri məhv edildi - Müdafiə Nazirliyi açıqladı

  • 17:53 - 26 Oktyabr

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub.


Oxunma sayı: 4929

Oxşar yazılar