Pakistan Fransaya nota verdi - İslamafob kampaniyaya görə

  • 17:36 - 26 Oktyabr

akistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi oktyabrın 26-da məlumat yayıb.

Bildirilib ki, Pakistan XİN Fransanı insan azadlığı adı altında sistematik olaraq islamofobiya kampaniyası aparmaqda ittiham edib. Nazirlik Məhəmməd Peyğəmbərlə bağlı təhqiredici şəklin yayılmasını və “Quranın təhqir edilməsini” kafirlik adlandırıb.

Qeyd edək ki, oktyabrın 25-də Pakistanın baş naziri İmran Xan Fransanın prezidenti Emmanuel Makronu fransalı müəllim Samuel Patinin qətlindən sonra etdiyi açıqlamaya görə sərt tənqid edib.


Oxunma sayı: 2157

Oxşar yazılar