Ermənistan Ağdamda məktəb binasını atəşə tutub - FOTO

  • 16:18 - 26 Oktyabr

Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Avropa.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.


Oxunma sayı: 1497

Oxşar yazılar