Tramp təkrar seçilərsə bu yüksəkvəzifəli şəxsləri qovacaq

  • 13:52 - 26 Oktyabr

İkinci müddətə yenidən seçiləcəyi təqdirdə ABŞ prezidenti Donald Trump milli təhlükəsizlik sahəsində bir neçə yüksək vəzifəli məmurun işdən çıxarılmasını planlaşdırır.  

Avropa.info xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrə istinadən xəbər verib. 

Portalın məlumatına görə, Trump FTB direktoru Kristofer Reyi, MKİ (CIA) direktoru Cina Haspeli və müdafiə naziri Mark Esperi işdən çıxarmaq istəyir. 

Qeyd olunur ki, planlaşdırılan dəyişikliklərin siyahısı daha uzundur, lakin bu üç namizəd işdən çıxarılması prioritetdir. Eyni zamanda, mənbənin məlumatına görə, MKİ (CIA) direktoru Haspel seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq müstəqil olaraq getmək imkanını nəzərdən keçirir.


Oxunma sayı: 1805

Oxşar yazılar