Tovuz və Daşkəsən Ermənistan ərazisindən atəşə tutulur - Müdafiə Nazirliyi

  • 12:18 - 26 Oktyabr

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.


Oxunma sayı: 4599

Oxşar yazılar