Ermənistanda koronavirus böhranı dərinləşir - Daha 973 yoluxma

  • 12:14 - 26 Oktyabr

Oktyabrın 26-nın səhərinə olan məlumata görə, Ermənistanda 973 yeni koronavirus xəstəsi qeydə alınıb.  

Avropa.info xəbər verir ki, yoluxanların ümumi sayı 78810-ə çatıb. Bu barədə Ermənistan  Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. 

Hazırda 26113 xəstə müalicə alır. Onların sayı sutkada 701 nəfər artıb. 

Sutka ərzində 16 nəfər koronavirusdan vəfat edib. Ümumilikdə koronavirusdan 1196 nəfər ölüb. 


Oxunma sayı: 1112

Oxşar yazılar