Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

  • 11:58 - 26 Oktyabr

Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat açıqlayıb.

Qurumdan Avrop.info-ya verilən məlumata görə, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, altı uşaq olmaqla 26 nəfər həlak olub.

138 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli-miqdarda ziyan dəyib.

Qeyd edilib ki, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.

297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub.


Oxunma sayı: 3785

Oxşar yazılar