"Türkiyəni Qarabağda təsir imkanlarından istifadə etməyə çağırırıq" - Sergey Lavrov

  • 11:14 - 26 Oktyabr

Rusiya Qarabağ probleminin hərbi yolla həllinin mümkünlüyü və məqbulluğu ideyasını dəstəkləmir.  

Avropa.info xəbər verir ki, bu sözləri "Afina - Makedoniya Xəbər Agentliyinə" müsahibəsində  münaqişənin həllində Moskva və Ankaranın rolu ilə bağlı suala cavab verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

Lavrov Rusiyanın və Türkiyənin bir sıra mübahisəli regional məsələlərin həlli ilə bağlı yanaşmalarının obyektiv səbəblərə görə əhəmiyyətli dərəcədə fərqlənə biləcəyini vurğulayıb. 

"Dağlıq Qarabağ tarixində Rusiya və Türkiyənin cəlb olunması xarakteri öz nüanslarına malikdir. Bu problemin hərbi həllinin mümkünlüyü barədə mövqeyi dəstəkləmədiyimizi gizlətmirik. Hər iki xalqı, erməni və Azərbaycan xalqlarınıi dost və qardaş hesab etməklə biz bu cür istəkləri bölüşə bilmərik" - Rusiya naziri bildirib. 

O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransanın prezidentlərinin münaqişənin  yalnız siyasi tənzimlənməsinin lehinə danışdığını xatırladıb. Lavrov bildirib ki, həmsədrlərin məhz bu "üçlüyü" uzunmüddətli münaqişədən çıxmaq çərçivəsində vasitəçiliyin ümumi tanınmış formatıdır. 

Lavrov həmçinin qeyd edib ki, oktyabrın 10-da keçirilən 11 saatlıq məsləhətləşmələrin yekununda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəsin dayandırılması və maksimum məzmunlu danışıqlar prosesinin bərpa edilməsini nəzərdə tutan birgə bəyanatla çıxış ediblər. 

"Türkiyəli tərəfdaşlarımızı belə bir xəttin dəstəklənməsi üçün öz təsir imkanlarında istifadə etməyin məqsədəuyğunluğuna inandırırıq. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqları aparılıb" - Rusiya xarici işlər naziri bildirib. 

O, bütün xarici tərəfləri hərbi ssenarinin daha da genişlənməməsi üçün hər şeyi etməyə, tərəflərin duyğularını soyutmağa, dinc prosesin yenidən işə salınması üçün şərait yaratmağa çağırıb.


Oxunma sayı: 1618

Oxşar yazılar