Prezidentin köməkçisi erməni komandirlərini ifşa etdi - "Hərbi canilər iclası uşaq bağçasında keçirirlər" (FOTO)

  • 00:10 - 26 Oktyabr

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal edilmiş torpaqlarımızda Ermənistan Silahlı Qüvvələri komandirlərinin uşaq bağçasında iclas keçirməsinə münasibət bildirib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Fotodan görünür ki, Ermənistan Silahlı Qüvvələrinin komandirlərinin görüşü uşaq bağçasında keçirilir. Onlar uşaqların həyatını riskə ataraq, hərbi qərargahı uşaq bağçasında kamuflyaj ediblər. Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olardı ki? Vicdan əzabı çəkmirlər”, - deyə H.Hacıyev bildirib.

As photo shows meeting of commanders of Armenian armed forces taking place at kindergarden. They camouflaged military headquarters inside kindergarden risking the lives of kids. What else one can expect from warcriminal who killed civilians w/missiles? No pang of remorse @ICRCpic.twitter.com/ZxQ1KACFf3

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 25, 2020 

Image

Oxunma sayı: 6315

Oxşar yazılar