Vitali Kliçko koronavirusa yoluxub

  • 10:17 - 25 Oktyabr

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub. 

 Kliçkonun COVID-19 infeksiyası üçün oktyabrın 24-da verdiyi testin cavabı müsbət olub. 

Kliçko özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını qeyd edib. Mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb. 

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxma faktı sutkalıq 7 min nəfərdir, onun da əksəriyyəti Kiyev şəhərinin payına düşür.


Oxunma sayı: 1981

Oxşar yazılar