Nüvə silahlarını qadağan edən beynəlxalq Müqavilənin qüvvəyə minəcəyi tarix açıqlanıb

  • 10:52 - 25 Oktyabr

Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 22 yanvar 2021-ci il tarixində qüvvəyə minəcək.

Bu barədə Beynəlxalq Nüvə Silahlarının Qadağan Edilməsi Kampaniyası (ICAN) “Twitter” hesabında məlumat yayıb.

Bildirilib ki, Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 50 ölkə tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, müqaviləni təsdiqləyən son ölkə Honduras dövləti olub.(apa)

 


Oxunma sayı: 2014

Oxşar yazılar