"Ermənilərin 15 yaşından kiçik uşaqları əsgər kimi hərbi xidmətə cəlb etməsi qadağandır" - Hikmət Hacıyevdən reaksiya

  • 01:44 - 25 Oktyabr

Ermənistan Silahlı Qüvvələrində uşaqlardan istifadə ilə bağlı videoya Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də öz reaksiyasını göstərib.

O, “Twitter” hesabında artilleriya atışı zamanı istifadə olunan uşaqla bağlı videonu paylaşıb və paylaşımda UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsini işarəliyib:

“Video onu göstərir ki, Ermənistan uşaq əsgərlərindən istifadə edir. Araşdırılması lazımdır.

15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi və ondan istifadə edilməsi beynəlxalq humanitar hüquq - müqavilə və adət normaları ilə qadağandır və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən müharibə cinayəti kimi müəyyən edilir”.


 

Hikmet Hajiyev

@HikmetHajiyev

Video shows that #Armenia employes #childsoldiers. Needs to be investigated. Recruiting and using children under the age of 15 as soldiers is prohibited under international humanitarian law – treaty and custom – and is defined as a #warcrime by ICC. @UNICEF @ICRC

 

 


Oxunma sayı: 7921

Oxşar yazılar