“Neftçi” liderliyə yüksəlib, “Qəbələ” heç-heçə oynayıb

  • 20:02 - 24 Oktyabr

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Apasport.az saytının məlumatına görə, I dövrənin son turu çərçivəsində iki matç keçirilib.

Günün ilk oyunu Qəbələdə baş tutub. Çempionatın autsayderləri “Qəbələ” və “Səbail”in duelində qalib müəyyənləşməyib. İlk yarıda hərəyə bir qol vuran rəqiblər meydandan qollu heç-heçə ilə ayrılıb.

Günə Bakıda yekun vurulub. “Keşlə” və “Neftçi” paytaxt derbisində üz-üzə gəlib. Ötən mövsümün mükafatçılarının görüşünün ilk yarısı qolsuz başa çatıb. İkinci hissədə fərqlənən Namiq Ələsgərov “Neftçi”yə qələbə qazandırıb. “Ağ-qaralar” bu 3 xal sayəsində turnir cədvəlində liderliyi ələ alıbsa, 5-ci qoluna imza atan yarımmüdafiəçi bombardirlər yarışında zirvəyə şərik olub.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək. “Sabah” “Sumqayıt”ı (14:00), “Zirə” isə “Qarabağ”ı (16:00) qəbul edəcək.

Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Səbail” - 1:1
Qollar: Yurgen Qoxa, 4 - Hendrik Ekşteyn, 26
“Qəbələ”: 1. Anar Nəzirov (k), 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Neftçi” - 0:1
Qol: Namiq Ələsgərov, 68
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov
Baş məşqçi: Yunis Hüseynov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
“ASK Arena”

1Neftçi74127-613
2Sumqayıt63219-611
3Zirə63128-810
4Keşlə72326-59
5Qarabağ52218-48
6Sabah62046-76
7Səbail61237-95
8Qəbələ70524-105

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Namiq Ələsgərov (“Neftçi”) - 5 qol.


Oxunma sayı: 7019

Oxşar yazılar