"Ən müasir silahlarımız 60-cı, 80-ci illərin rus silahıdır" - Ermənistan ordusu

  • 16:31 - 24 Oktyabr

Müharibə ictimai tələb və təbliğat müzakirələri ilə aparılmır. 

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Beşinci kanal"a müsahibəsində erməni ordusunda 1980-ci illərin silahlarının istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib. 

“Eyni zamanda Rusiya arsenalının çox hissəsi 80-ci illərin silahıdır: Fəxr etdiyimiz "Smerç" MLRS və 80-ci illərin silahlarıdır. Yeni silahlar hər şeydən əvvəl çox bahalıdır. İkincisi, silah növlərini yeniləri ilə dəyişdirməyin heç bir mənası yoxdur. Öz vəzifələrini yerinə yetirirlər. Məsələn, D-30 topları artilleriyamızın əsasını təşkil edir, onlar 60-cı illərin silahı olsa da, özünü doğruldur" - Ovannisyan deyib. 


Oxunma sayı: 4665

Oxşar yazılar