Ermənistanın Livan və Suriya ermənilərini Qarabağda yerləşdirməsi haqda təkzibolunmaz fakt - BBC-nin Rus xidməti hadisə yerindən reportaj hazırladı

  • 15:47 - 24 Oktyabr

Azərbaycan dövləti Livan və Suriya ermənilərinin Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz şəkildə yerləşdirilməsi barədə dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib, Ermənistan rəhbərliyinə rəsmi xəbərdarlıq edib.

Avropa.info xəbər verir ki, xəbərdarlıqlara baxmayaraq Ermənistan tərəfi bu faktları inkar edib. BBC-nin Rus xidməti işğal olunmuş Laçın rayonuna gedərək Livan və Suriya ermənilərinin məskunlaşdığı qəsəbədən reportaj hazırlayıb. Reportajı təqdim edirik:

"Bu həftə Azərbaycan öz qoşunlarının Qarabağın cənub cəbhəsində irəlilədiyini elan etdi. Laçın şəhərindən 27 kilometr aralıda yerləşən Muradxanlı kəndinin ələ keçirilməsinə dair sosial şəbəkələrdə məlumatlar yayıldı.

Laçın dəhlizi adlanan yer münaqişə tərəfləri üçün strateji əhəmiyyət daşıyır. Xankəndini Ermənistanla birləşdirən yol buradan keçir.

BBC-nin Rus xidməti Laçın bölgəsindəki döyüş yerləri yaxınlığında gəzib və ətraf kəndlərdən gələn yerli sakinlər və "könüllülər"lə danışıb.

Gəldiyimiz qəsəbə sakinləri şəhərin adını deməməyimizi xahiş edirlər. Şəhərin Azərbaycan hərbçiləri üçün növbəti hədəf olacağını iddia edirlər.

Şəhərdən bir qədər irəlidə bir neçə gün əvvəl olduğumuz bir kənd var. Livandan və Suriyadan köçən ermənilər burada yaşayırlar. Ermənistanın səlahiyyətli orqanları onlara torpaq verdi və evlər tikdi. Kənddə təxminən 300 nəfər yaşayır.

Son səfərimizdə bu ilin avqust ayında Liviyadan köçən bərbər Arutla tanış olduq. Kənddə yerli sakinlər üçün saç kəsərək pul qazanır və Xankəndi və Şuşaya döyüşməyə gedib. Harut kənd rəhbərliyinin binasında bizimlə görüşür, hərbi forma geyinmiş, əlində avtomat var.

Qayçı kənara qoyub yaşadıqları kimi yaşadığını söyləyir. Azərbaycan əsgərlərinin Laçına yaxınlaşmasını eşidib-eşitməməsi haqda soruşuram. "Problem yoxdur, hazırıq. Öz gözümüzlə görməyincə heç nəyə inanmırıq. Evlərimizi, övladlarımızı, arvadlarımızı və "vətənimizi" qoruyacağıq" - cavab verir.

Livan-Erməni icmasının rəhbəri Andranik, əksinə kəndlərində əks-sədası eşidilən silahların atəş açıldığı yerlərdən gəlib. Andranik "Hər şey sabitdir. Xüsusi bir məlumat yoxdur" deyir.

Andranik deyir ki, Azərbaycan qüvvələri kənddən 20 kilometr məsafədədir, lakin cəbhə xətti hər zaman tez-tez dəyişir. "Onların məqsədi Laçını mühasirəyə almaqdır"  - Andranik deyir. 

Andranik gündə bir neçə dəfə cəbhə xəttinə gedir, bəzən orada gecələyir. Son iki gündə heyətində itki olmadığını söyləyir. Ancaq bir neçə gün top atəşinə düşüb.

Yaxınlaşan müharibədən qorxub qorxmayacağına dair bütün suallara lakonik şəkildə "Çe (yox - erməni dilində), hər şey yaxşı olacaq" cavabını verir".


Oxunma sayı: 32517

Oxşar yazılar