Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğandan Qarabağ açıqlaması

  • 15:44 - 24 Oktyabr

Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var.

Avropa.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq erməniləri silahlandırmaqdan başqa heç bir şey etməyib:

"İlham Əliyev qardaşımla danışırıq. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqları azad edirlər. İmanın əlindən heç bir şey qurtula bilməz. Təvəkkül et, gerisi Allah Kərimdir. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mücadilədə qələbə qazanacaqlar. Azərbaycan torpaqları işğal edildiyi zaman lal, kar və kor olanlar vardı, onlar iküzlü və yalançıdırlar".

Ərdoğan vurğulayıb ki, Türkiyə Azərbaycanın azadlıq mübarizəsinə hər cür dəstək verməyə davam edəcək.


Oxunma sayı: 3477

Oxşar yazılar