"Rusiya vətəndaşlarının Qarabağ döyüşlərində iştirakına sərt müdaxilə edilməlidir" - Rus politoloq

  • 14:32 - 24 Oktyabr

Moskvadakı hərbi ekspertlər əmindirlər ki, rusların, o cümlədən Rusiya ermənilərinin Dağlıq Qarabağda gedən müharibə ilə heç bir əlaqəsi yoxdur.

Avropa.info xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib. 

“Rusiya Federasiyası vətəndaşları hərbi əməliyyatlarda yalnız güc strukturlarımızın bir hissəsi olaraq iştirak edə bilərlər. Bu vəziyyətdə müharibə Azərbaycan ərazisində gedir və Rusiya vətəndaşları bu döyüşdə iştirak etməməlidir. Xatırladım ki, Cinayət Məcəlləmiz muzdlu qismində qanunsuz silahlı qruplaşmalara və döyüş əməliyyatlarına qatılmağı cəzalandırır" - "Milli Müdafiə" jurnalının redaktoru İqor Korotçenko Rusiyanın "Vzqlyad" qəzetinə müsahibəsində deyib.

Korotçenkonun sözlərinə görə, qanunsuz silahlı qruplaşmalarda iştirakın qarşısını almaq üçün Rusiya hüquq-mühafizə orqanlarının bütün əsasları var və onlar sərt müdaxilə etməlidir.

"Həqiqətən, Cinayət Məcəlləsinin 359-cu maddəsində deyilir: muzdlu birinin silahlı qarşıdurmada iştirakı üçün üç ildən yeddi ilədək bir müddət və işə qəbul üçün dörddən səkkizədək müddət tətbiq edilir" - Korotçenko deyib. 


Oxunma sayı: 2729

Oxşar yazılar