Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması

  • 14:14 - 24 Oktyabr

"Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb."

Bu haqda Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

"Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir"- Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.


Oxunma sayı: 8031

Oxşar yazılar