Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi – Kənd sakini

  • 13:27 - 24 Oktyabr

Səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub

Avropa.info bildirir ki, Trend-in məlumatına görə, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Kənd sakinlərinin dediklərinə görə, raketin səsi gələndə birinci elə bildik ki, raket evə düşəcək. Daha sonra gördük evin bağına düşdü: "Həmin zaman bağda olan Orxanın yaralandığını gördük. Biz çalışdıq ki, yaralını tez xəstəxanaya çatdıraq, bəlkə həyatın xilas etmək olar, amma mümkün olmadı".


Oxunma sayı: 3532

Oxşar yazılar