NATO Rusiyaya qarşı ən effektiv silahının adını açıqladı

  • 13:16 - 24 Oktyabr

ABŞ-ın beşinci nəsil F-35 qırıcısı Avropada mümkün qarşıdurma vəziyyətində Rusiyaya tab gətirə biləcək yeganə təyyarədir. 

Avropa.info xəbər verir ki, bu barədə RAND strateji düşüncə mərkəzinin hesabatında deyilir.

"NATO-nun Rusiya ilə intensiv qarşıdurma kontekstindəki imkanları 2020-ci illərdə yüzlərlə ədəd beşinci nəsil döyüş təyyarələrinin istehsalı ilə yaxşılaşacaq" - hesabatda deyilir.

Mərkəzin analitiklərinin fikrincə döyüş əməliyyatları başlayacağı təqdirdə, F-35 Rusiya hava hücumundan müdafiə sistemini dəf edə və "münaqişənin ilk saatlarından etibarən əhəmiyyətli töhfə verə biləcək".

F-35 tədarükü üçün müqavilə imzalayan ittifaq ölkələri gələcəkdə yeni birgə əməliyyatlar aparmaq üçün hava donanmasını inkişaf etdirməlidirlər.


Oxunma sayı: 2388

Oxşar yazılar