Şvartzneqer ürəyindən əməliyyat olundu

  • 12:33 - 24 Oktyabr

73 yaşlı məşhur aktyor Arnold Şvartzneqer cümə günü "İnstagram" səhifəsində xəstəxana yatağında çəkilmiş foto paylaşıb.

Avropa.info xəbər verir ki, Şvartzneqer aorta qapağının dəyişdirildiyini və özünü çox yaxşı hiss etdiyini bildirib. Şvartzneqerin 21 milyondan çox izləyicisi də şərh yazaraq, aktyora "tezliklə sağalmaq" diləklərini çatdırıblar.

O əməliyyat olunduğu Klivlend Klinikasında ona baxan komandaya təşəkkür edib və onlarsız da qalxıb küçələrdə gəzə biləcəyini bildirib.

Qeyd edək ki, Şvartzneqer iki il əvvəl Los-Ancelesdə ürəyində başqa bir əməliyyat keçirmişdi.


Oxunma sayı: 1739

Oxşar yazılar