Suriyanın Cərablus şəhəri raketlə vuruldu - Ölü və yaralılar var

  • 12:11 - 24 Oktyabr

Suriyanın Cərablus şəhərindəki Əl Koussa bölgəsindəki yanacaq bazasına raket hücumu təşkil edilib.

Avropa.info xəbər verir ki, Suriya İnsan Haqları Monitorinq Qrupunnu (SOHR) verdiyi açıqlamada hücumun Hmeymim hərbi hava bazasında yerləşdirilən Rusiya aviasiyası tərəfindən həyata keçirildiyi iddia edilir.

Yerli mənbələrin təsbitlərinə görə, hücum zamanı 5 nəfər həyatını itirib, 15 nəfərin yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Hadisə yerinə gedən yanğınsöndürənlər hücumdan sonra bazarda alovu söndürmək üçün işə başlayıblar.


Oxunma sayı: 1607

Oxşar yazılar