Ermənistanda koronavirusla bağlı daha bir rekord – 2 213 yoluxma, 12 ölüm...

  • 11:39 - 24 Oktyabr

Ermənistanda son bir gün ərzində 12 nəfər koronavirusdən ölüb, 2213 yeni koronavirus hadisəsi qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi xəbər verir.

"Ölümlərlə əlaqədar olaraq sizə son 24 saat ərzində 8 qadının (71, 81, 79, 66, 80, 81, 54, 50 yaş) və 4 kişinin (74, 70, 69 və 54 yaş) öldüyünü bildiririk. Hamısının xroniki xəstəlikləri var idi" - məlumatda deyilir.

Digər səbəblərdən ölən təsdiqlənmiş koronavirus xəstələrinin sayı 4 olub. Bu cür hadisələrin ümumi sayı 333-ə çatıb. 425 xəstə sağalıb, 4497 test edilib. 


Oxunma sayı: 1948

Oxşar yazılar