Ordumuz ermənilərin könüllü dəstələrini və döyüş texnikalarını məhv etdi : Xocavənd və Füzuli istiqamətlərində - ANBAAN VİDEO

  • 22:16 - 23 Oktyabr

“Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib”.

Bu barədə Avropa.info-ya  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq" deyə, məlumatda qeyd olunub.