Ceyhun Bayramov Vaşinqtonda Mayk Pompeo ilə görüşüb - YENİLƏNİB

  • 19:40 - 23 Oktyabr

 

Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

***

Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

 

Pompeo C.Bayramovla görüşdən dərhal sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə də görüşəcək.


 


Oxunma sayı: 4390

Oxşar yazılar