"Maska tax, məsafə saxla" – Abşeronda maarifləndirici tədbir

  • 16:42 - 20 Sentyabr

"Ziyalı Ocağı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiyaya qarşı mübarizə istiqamətində aztəminatlı ailələrə sosial yardımların paylanması işinin təşkili” çərçivəsində Abşeron rayonunda-"Maska tax, məsafə saxla" adlı növbəti görüşünü keçirmişdir. Bu barədə məlumatı Ziyalı Ocağı İctimai Birliyinin  sədri İlahə Əliyeva verib. O bildirib ki, respublikamızda pandemiyadan əziyyət çəkən əhalinin sosial təminatına qismən də olsa, yardım etmək məqsədi ilə gerçəkləşdirdiyimiz layihənin əhatə etdiyi bölgələrdə camaat arasında təbliğat və təşviqat aparır, onları koronavirusun gətirdiyi dəhşətlərlə bağlı məlumatlandırır, maarifləndirici görüşlər aparırıq”.

Layihə rəhbəri İlahə Əliyeva  qeyd edib ki, ölkəmizdə koronavirusa yoluxma halının azalması dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. 

"Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. Çünki xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə ciddi şəkildə aparılmalıdır. Xəstəliyin təhlükəsi arədə apardığımız təbliğat və təşviqatın əsas məqsədi insanların sağlamlığının qorunmasıdır. Pandemiya bu gün bütün dünyanın ən qorxulu düşmənidir. Bu gizli düşməndən qorunmaq üçün sağlamlığımızı daima öndə tutmalıyıq. 

Layihənin bu mərhələsi bu ilin sentyabr ayının 17-si və 19 tarixlərində Abşeron rayonlarında gerçəkləşdirildi. Abşeronda yaşayan az təminatlı ailələrin və işsiz vətəndaşların ev ünvanları sosial durumları araşdırıldı, sosial durum baxımından ehtiyacı olan ailələr aşkara çıxarılaraq, siyahıya alındı. 

Aparılan silsiləli tədbirlər zamanı vətəndaşlara cəmiyyətin və öz sağlamlığın üçün "maska tax, məsafə saxla" kimi maarifləndirici məlumatlar verildi, sağlamlıqlarına biganə yanaşmamaq kimi hisslər aşılandı"-deyə o bildirib.


Oxunma sayı: 3851

Oxşar yazılar