Ermənilər "Valday"dakı çıxışına görə Rusiya prezidentini söyməyə başladı: "Putin "kor" və "kar"dır"

  • 16:27 - 23 Oktyabr

"Putinin "Bizim üçün Ermənistan və Azərbaycan bərabər tərəfdaşlardır" sözləri sadəcə cəfəngiyat deyil, həm də xəyanətdir".

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın "Armenian Report" xəbər portalının yazarı Romella Mnatsakanyan "Putin "kor" və "kar"dır" adlı məqaləsində yazıb.

Həmin yazıdan bir hissəni təqdim edirik:

"Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsinin bütün tərəfdarlarına dünən bir sıra konkret cavablar verildi. Mən daha çox deyərdim. Bu, Vladimir Putinin ölkəmizdəki "rus dünyası"nın tərəfdarınaverdiyi qulaqburması idi. O, əslində onların hamısını son dərəcə aşağılayıcı və axmaq vəziyyətə qoydu.

Beləliklə, Putin "Valday" klubunun XVII illik iclası çərçivəsində plenar sessiyada çıxış edib. Çıxışı zamanı o, bir sıra suallara cavab verib, o cümlədən Türkiyə-Azərbaycan ittifaqının"DQR"ə qarşı açdığı müharibə ilə bağlı. Bununla yanaşı, Putin hər kəsi öz adı ilə adlandırmağa və Ankara və Bakını qınamağa yanaşmadı.

"Rusiyada iki milyondan çox erməni və iki milyona yaxın azərbaycanlı yaşayır, onlar öz ailələrini dəstəkləməyə milyardlarla dollar xərcləyirlər" - Rusiya prezidenti bunu da xatırlatdı. Yəni o, bizi və azərbaycanlıları Rusiyaya borcu olan insanlar kimi təqdim etməyə çalışdı. Azərbaycanlılar üçün danışmayacağam, amma bütün dünyada və bütün dövrlərdə ermənilər yaradıcı adam kimi tanınırdılar.

Rusiya Federasiyasında işləyən ermənilər onun iqtisadiyyatını qaldırırlar. Orada da pulun çoxunu xərcləyirlər. Onlara heç nə verilmir. Deməli, Putinin bu məsələdə spekulyasiya etmək cəhdləri gülünc və lüzumsuz görünür. Yaxşı olardı, o, ruslar haqda düşünüsün. Axı onların rifah səviyyəsi 2020-ci ilin yanvar-iyun aylarında dollar ekvivalentində 10,7% azalıb.

Bu barədə İsveçrənin "Credit Suisse" bankının dünya sərvətləri haqqında illik hesabatında deyilir. Mart ayından etibarən neft bazarındakı sarsıntılar fonunda Rusiyanın milli valyuta məzənnəsinin düşməyə başladı. Altı ay ərzində Rusiya rublu dollara nisbətdə 13% ucuzlaşıb və bu proses davam edir. Baş verənlərin hamısında isə Putinin günahı var.

Amma o heç vaxt günahını və səhvlərini etiraf etməyə hazır deyil. Əksinə, o məmnuniyyətlə cəfəngiyat danışır, müqayisə olunmayan şeyləri müqayisə etməyə çalışır. 

"Bizi üçün Ermənistan və Azərbaycan bərabər tərəfdaşlardır və bizim üçün böyük faciədir ki, insanlar ölür, biz Ermənistanla da, Azərbaycanla da tam hüquqlu münasibətlər qurmaq istəyirik", - deyə qeyd edib. Bu sadəcə cəfəngiyat deyil, həm də xəyanətdir.

Çünki Ermənistan Azərbaycan deyil, KTMT, TS, Avrasiya İqtisadi İttifaqından ibarətdir və Rusiyanın strateji müttəfiqidir. Ölkəmizin ərazisində Rusiya hərbi bazası yerləşir və ölkəmizdirhəmişə bütün təşkilatlarda Rusiyanın mövqeyini dəstəkləyir. Biz həm AŞPA-da, həm də BMT-də Krımın doğma "evi"nə qayıtmasını dəstəklədik. Bunun cavabı nə oldu?

Buna cavab olaraq Putin Rusiya Federasiyasını heç vaxt Krım məsələsində dəstəkləməyən və ruslar üçün dost olmayan ölkə olan Azərbaycanla bizi bərabərləşdirdi. Azərbaycan Ukrayna ilə münasibətləri tamamilə inkişaf etdirir və hətta Türkiyə ilə birlikdə Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasına daxil edilib. Amma Putin qəfildən "kor" və "kar" oldu.

O, hətta xarici təzyiqlərin təsirinə məruz qalmayan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla rahat və etibarlı işlədiyini bildirib. O, birgə layihələr şəklində bir növ "arqument" səsləndirib. Türkiyənin hazırda Ermənistan xalqının "soyqırımı"nda fəal iştirak etməsi, Azərbaycanı siyasi cəhətdən və öz əsgər və zabitləri ilə açıq şəkildə dəstəkləməsiPutini narahat etmir.

O, Rusiya prezidenti üçün çox sadə və alçaldıcı şeyləri başa düşməməsi təəsüratı yaradır. Türkiyə-Azərbaycan ordusu hazırda Rusiyanın silahını da faktiki olaraq darmadağın edib. Rusiya zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə vasitələri düşmənin partlayıcı maddələrini özlərinə cəlb etdikləri üçün az faydalı və üstəlik təhlükəli əşyalara çevrildi. Bəli, fədakar döyüşçülərimiz ölür, lakin onlarla birlikdə Rusiya silahlarının şöhrəti, həmçinin Rusiya Federasiyasının müttəfiqlərini qorumağa hazır olması haqqında mif də dəfn olunur. Və bu, mütləq, həm Putin, həm də Rusiya üçün çox kədərli, hətta faciəli nəticələrə səbəb olacaq".


Oxunma sayı: 4016

Oxşar yazılar