Makron yenə Ermənistana kömək vəd etdi - Bu dəfə gücü tibbi yardıma çatdı

  • 13:27 - 23 Oktyabr

Fransa prezidenti Emmanuel Makron Bakı və İrəvanı Dağlıq Qarabağda münaqişənin həllinə çağırıb.  

Avropa.info xəbər verir ki, Fransa lideri ölkəsinin yaralılara tibbi yardım göstərəcəyinə söz verib. Ermənistana yardımın təfərrüatları yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, bu çıxışıdan əvvəl Fransa dövlətinin başçısı erməni həmkarı Armen Sarkisyanla danışıqlar aparmışdı. Makron Sarkisyanı Parisdəki rəsmi iqamətgahında qəbul etmişdi.  

Makron mövcud vəziyyətdən çıxış yolunun yalnız danışıqlar vasitəsilə mümkün olduğunu bildirib.


Oxunma sayı: 3818

Oxşar yazılar