Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

  • 11:39 - 23 Oktyabr

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Avropa.info bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.

Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.


Oxunma sayı: 4995

Oxşar yazılar