"Türkiyə ilə fikir ayrılıqlarımız var, amma ABŞ qədər yox" - Dmitri Peskov

  • 11:20 - 23 Oktyabr

Rusiya və Türkiyə arasında fikir ayrılıqları var, ABŞ qədər böyük səviyyədə yox. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya mətbuat katibi Dmitri Peskov deyib.  

"Putin ölkənin cənub, şimal, şərq sərhədlərinə və digər sərhədlərə də yanaşmada çox praqmatikdir. Bəli Türkiyə ilə bir sıra fikir ayrılıqlarımız var, amma ABŞ qədər yox. Lakin yenə də fikir ayrılıqları var" - Peskov deyib. 

Onun sözlərinə görə, əməkdaşlıq nöqtələri də var: 

"Ancaq eyni zamanda ticarət-iqtisadi və investisiya əməkdaşlığımızın ən dərin potensialına sahibik ki, bu da həmin fikir ayrılıqlarının mənfi təsirini aza endirmyə imkan verir". 

Peskov Rusiya və Türkiyənin qaynar nöqtələrdə ən kəskin məsələlərdə birgə işləmək təcrübəsinə malik olduğunu bildirib.


Oxunma sayı: 3983

Oxşar yazılar