Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

  • 09:47 - 23 Oktyabr

ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

Avropa.info-nun məlumatına görə, bu barədə ABŞ dövlət katibinin cədvəlində bildirilir.

Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.

Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.


Oxunma sayı: 2674

Oxşar yazılar