Ermənistan itkilərlə bağlı yeni siyahı açıqladı

  • 01:21 - 23 Oktyabr

İşğalçı Ermənistan Qarabağ döyüşlərindəki itkiləri barədə yeni açıqlama yayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İrəvanın açıqladığı siyahıda 26 məhv edilmiş hərbçinin ad-soyadı var. Qeyd edək ki, bu, Ermənistanın 22 oktyabrda açıqladığı ikinci siyahıdır. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi 40 hərbçinin Azərbaycan ordusu tərəfindən məhv edildiyini etiraf etmişdi.

Beləliklə, Ermənistan 900 zabit və əsgərinin öldürüldüyünü rəsmən açıqlayıb, amma itkilərinin qat-qat artıq olduğu hər kəsə məlumdur. 


Oxunma sayı: 4566

Oxşar yazılar