"Ermənistanla ortaq nöqtəmiz xristianlıqdır, lakin Rusiyanın 15 faizi müsəlmandır və Azərbaycanla yaxşı münasibətlərimiz var" - Putin

  • 00:49 - 23 Oktyabr

"Həm Azərbaycan, həm də Ermənistan bizim üçün bərabər ortaqlardır." 

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" klubunun iclasında deyib. Azərbaycanın Qarabağı erməni işğaldan qurtarma əməliyyatından da danışan Putin, Rusiyada 2 milyona yaxın azərbaycanlının və 2 milyondan çox erməninin yaşadığını bildirib.

"Bu səbəbdən də biz həm Azərbaycana, həm də Ermənistana bərabər münasibət bəsləyirik. Həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlər qurmaq istəyirik. Məsələn, bizim Ermənistan ilə ortaq nöqtəmiz xristianlıqdır. Lakin, Rusiya əhalisinin 15 faizi müsəlmandır. Bu mənada Azərbaycan bizə yad bir ölkə deyildir. Azərbaycanla yaxşı münasibətlərimiz var" - Putin belə deyib


Oxunma sayı: 11056

Oxşar yazılar