Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edildi

  • 23:38 - 22 Oktyabr

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Hatay bölgəsində keçirilən əməliyyatda 23 ildir PKK sırasında təmsil olunan Hüseyn Acar öldürülüb.

Qeyd olunur ki, “Dilşər” ləqəbli Hüseyn Acar PKK-nın aparıcı şəxslərindən olub. O, çox sayda cinayətə, terror aktlarına görə ittiham olunaraq axtarışa verilmişdi. Türkiyə Daxili İşlər Nazirliyi Hüseyn Acarın axtarışı üçün 3 milyon türk lirəsi (təxminən 370 min ABŞ dolları) vəsait ayırmışdı.


Oxunma sayı: 3851

Oxşar yazılar