Türkiyədə bir gündə 71 nəfər koronavirusdan ölüb

  • 22:30 - 22 Oktyabr

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 198 şübhəli koronavirus testindən keçib, onlardan 2102-nin cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 355 528 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9584 nəfər ölüb.

F.Qoca ağır xəstə sayının çoxluğunu da vurğulayıb: “Bu gün ağır xəstələrin sayı 1599 nəfərə çatıb. Tibb işçilərimiz üçün ən önəmli mübarizə ağır xəstələri müalicə edərək sağaltmaq və bununla da koronovirusdan ölənlərin sayını azaltmaqdır”.


Oxunma sayı: 4445

Oxşar yazılar