Putin: "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır"

  • 21:55 - 22 Oktyabr

Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb. 

Bu barədə  "RİA Novosti" məlumat yayıb.

"Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı", - V.Putin qeyd edib. 
Rusiya prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib: 
"O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".(report)


Oxunma sayı: 2069

Oxşar yazılar