Ərdoğan və Ruhani arasında telefon danışığı olub

  • 19:52 - 22 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.


 


Oxunma sayı: 2784

Oxşar yazılar