Erməni terroru nəticəsində ölənlərin 18-i qadın, 8-i uşaqdır – Baş Prokurorluq

  • 17:53 - 22 Oktyabr

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub.

293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub. 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli-miqdarda ziyan dəyib.


Oxunma sayı: 3059

Oxşar yazılar