"Gürcüstan məhv olub, Gürcüstan yoxdur" - Mixail Saakaşvili

  • 16:29 - 22 Oktyabr

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan Bankının Zuqdididə filialının ələ keçirilməsi hadisəsini "dövlətin demək olar ki, məhv olmasını " təsdiqləyən, təsəvvür oluna bilməz fakt adlandırıb. 

Avropa.info xəbər verir ki, o, bu haqda "Facebook" səhifəsində yazıb. 

"Bu nə idi? Bunu nəinki Gürcüstanda, hətta Şevardnadzenin hakimiyyəti dövründə də təsəvvür etmək mümkün deyildi. Biz dünən əmin olduq ki, Gürcüstan dövləti demək olar ki, məhv edilib. Gürcüstanda dövlət yoxdur, Gürcüstanda büdcə oğrularının və cinayətkarlarının hibridi var". 

Onun sözlərinə görə, Zuqdididə onun "Vahid Milli Hərəkat" partiyasının seçkiqabağı aksiyasının keçirilməsi planlaşdırılmışdı və hüquq-mühafizə orqanlarının əməkdaşlarının bütün diqqəti məhz bu tədbirə yönəlmişdi ki, bu da işğalçının bank binasına maneəsiz girməsinə kömək edib. 

"Vətəndaşlarımızın həm səhiyyə, maliyyə, həm də fiziki cəhətdən güvənsizlik hissi var. Bunu şəxsən İvanişvili etdi. Bütün bunlar məntiqi sonuna çatmalıdır, əks təqdirdə dünənki hadisə daha genişmiqyaslı xarakter alacaq" - deyə Saakaşvili bildirib. 

Qeyd edək ki, avtomat və qumbara ilə silahlanmış quldur çərşənbə günü Gürcüstan Bankının Zuqdididə yerləşən filialının binasına girərək girov götürmüşdü, o, 500 min dollar tələb edirdi. Xüsusi əməliyyat bütün günü davam edib. Daha sonra Gürcüstan Daxili İşlər Nazirliyi 43 girovun azad edildiyini bildirdi. Bank qarətçisi DİN-in məmuru Avtandil Qaldavanın müqabilində girovları mərhələlərlə buraxıb və o, digər üç girovla birlikdə bank binasını polis avtomobilində tərk edib. DİN bildirib ki, qarətçi binanı tərk etdiyi girovlar sərbəst buraxılıb, cinayətkar qaçıb və onun axtarışları aparılır. Bank qarətçisi sonradan saxlanılıb.


Oxunma sayı: 5270

Oxşar yazılar