Qarabağda atəşkəs rejimi ilə bağlı Kremldən açıqlama

  • 15:27 - 22 Oktyabr

Dağlıq Qarabağda atəşkəs rejimi və humanitar fasilə haqqında razılaşmalar münaqişə tərəfləri tərəfindən yerinə yetirilmir. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Hələ demək olmaz ki, atəşkəs və humanitar fasilə barədə əvvəllər əldə edilmiş razılaşmalara əməl olunur. Təəssüf ki, tərəflər tərəfindən riayət edilmir " - o, bildirib. 

Peskov  Dağlıq Qarabağdakı vəziyyətin siyasi-diplomatik müstəviyə çıxarılması üçün Moskvanın əlindən gələni etdiyini, sülh yolu ilə həllin alternativinin olmadığını qeyd edib. 

"Rusiya mövcud vəziyyəti siyasi-diplomatik tənzimləmə müstəvisinə salmaq üçün əlindən gələni edir və edir. Biz hələ də əminik ki, bu problemin sülh yolu ilə həll olunmasına alternativ yoxdur ", - deyə Peskov jurnalistlərə bildirib. 

O vurğulayıb ki, Rusiya bu münaqişənin sülh yolu ilə həlli üçün bütün səyləri davam etdirmək niyyətindədir.


Oxunma sayı: 4808

Oxşar yazılar