Ermənilərin atdığı 71 raket İran ərazisinə düşüb

  • 13:26 - 22 Oktyabr

İranın Azərbaycanla sərhədində yerləşən Xudafərin şəhərinə Qarabağda gedən döyüşlər nəticəsində 71 raket düşüb. 

Avropa.info xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan vilayətinin qubernatorunun siyasət və təhlükəsizlik üzrə müavini Əliyar Rastqu deyib. Onun sözlərinə görə, raketlər bir neçə kənd ərazisinə düşüb, xoşbəxtlikdən böyük xəsarət yetirməyib. 

Rastqu deyib ki, münaqişə tərəflərinə bu kimi halların təkrarlanmaması haqda xəbərdarlıq edidliyini bildirib. 

Qeyd edək ki, Azərbaycan ordusu hərbi əməliyyatları İranla sərhəddə cənubdan şimala doğru aparır. Məğlubiyyətə uğrayan Ermənistan ordusu isə çarəsiz şəkildə Azərbaycan-İran sərhədini raket atəşinə tutur.  


Oxunma sayı: 4621

Oxşar yazılar