"Azərbaycanlı qardaşlarımızın yanındayıq, olmağa davam edəcəyik" - Hulusi Akardan Qarabağ açıqlaması

  • 12:31 - 22 Oktyabr

Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyədə və regionda baş verən proseslərlə bağlı açıqlamalar verib. 

Avropa.info xəbər verir ki, Akar Ermənistanın Azərbaycandakı mülki obyektləri atəşə tutması və  işğal olunan torpaqlarını qaytamaq üçün Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar barədə bunları deyib: 

"30 ildə nə iş görüldü? Böyük bir heç. Nə zaman ki, azərbaycanlı qardaşlarımız Ermənistanın işğal etdiyi torpaqları geri almaq üçün fəaliyyətə başladılar, 30 ildir susanlar sülhdən, atəşkəsdən, danışıqlardan, dialoqdan bəhs etməyə başladılar. Bu heç səmimi deyil, bu kimsəni razı salmır. İşin çox sadə həlli yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk edəcək, regiona gətirdiyi muzdluları çıxaracaq. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sona qədər dəstəklədiyimizi ən yüksək səviyyədə prezidentimizdən başlayaraq hər səviyyədə dedik, Türkiyə Cumhuriyyəti və türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu qeyd etdik, etməyə davam edəcəyik". 


Oxunma sayı: 3807

Oxşar yazılar