Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidentinin andiçmə mərasimi keçiriləcək

  • 12:12 - 22 Oktyabr

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni prezidenti seçilmiş Ersin Tatarın sabah andiçmə mərasimi keçiriləcək.

Avropa.info xəbər verir ki, andiçmə mərasimi parlamentdə baş tutacaq.

Cümhuriyyət Məclisindən yayılan açıqlamaya görə, Ersin Tatarın andiçmə mərasimi yerli vaxtla saat 15:00-da başlayacaq.

Andiçmə mərasimi COVID-19 pandemiyası səbəbindən xalqa və mətbuat təmsilçilərinə qapalı gerçəkləşdiriləcək. 

Mərasim "Bayraq" Radio-Televiziyası və Məclisin sosial şəbəkə hesabından canlı yayımlanacaq.


Oxunma sayı: 4225

Oxşar yazılar