Türkiyə Aralıq dənizində yeni NAVTEX elan etdi

  • 11:45 - 22 Oktyabr

"Oruc Rəis" seysmik tədqiqat gəmisinin Aralıq dənizinin şərqində fəaliyyətini davam etdirmək üçün Türkiyə 27 oktyabradək yeni NAVTEX elan edib. 

Avropa.info xəbər verir ki, bir əvvəlki NAVTEX elanında bu müddət 22 oktyabr tarixi göstərilmişdi. "Oruc Rəis" seysmik tədqiqat gəmisi "Ataman" və "Cengizhan" gəmiləri ilə birgə Aralıq dənizinin şərqində fəaliyyətini davam etdirəcək. 

"Oruc Rəis" dəniz şelfi və təbii ehtiyatlar axtarışı başda olmaqla hər cür geofiziki, hidroqrafik və okeanoqrafik tədqiqatlar həyata keçirir. İki, üç miqyaslı seysmik, qravitasiya, maqnetik gofiziki tədqiqatlar apara bilir. 8 min metr dərinliyə qədər 3 miqyaslı, 15 min metrə qədər iki miqyaslı seysmik əməliyyatlar həyata keçirə bilir. 


Oxunma sayı: 3653

Oxşar yazılar