Ermənistanda görünməmiş sayda koronavirus xəstəsi qeydə alındı

  • 11:11 - 22 Oktyabr

Ermənistanda 22 oktyabr səhərinə olan məlumata görə, 70 836 təsdiqlənmiş koronavirus hadisəsi qeydə alınıb. 

Avropa.info xəbər verir ki, təsdiq olunmuş sutkalıq yoluxma hallarının sayı 2306 olub. Gün ərzində 10 nəfər vəfat edib, 568 nəfər sağalıb, 5 189 test aparılıb. Təsdiqlənmiş koronavirus xəstələrinin başqa səbəblərdən ölümü ilə bağlı 6 hadisə qeydə alınıb. Belə halların ümumi sayı 327-dir. 

Mərkəzin məlumatına görə, ümumilikdə 362 293 koronavirus testi aparılıb. 1 131 nəfər vəfat edib, 49 787 xəstə sağalıb, 19 591 xəstə müalicəsini davam etdirir.


Oxunma sayı: 3840

Oxşar yazılar