Pakistan səfiri Azərbaycan xalqını təbrik etdi - Ordumuzun qələbələri münasibəti ilə

  • 01:02 - 22 Oktyabr

"İşğal altında olan ərazilərin azad olunması istiqamətində gedən əməliyyatlarda Azərbaycan Ordusunun qazandığı uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm".

Avropa.info xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

Diplomat bildirib ki, tarixi dostluq və qardaşlıq əlaqələri olan Pakistan və Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edib və edir.

"Pakistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hüquqi həllini dəstəkləyir və bu məsələdə Azərbaycan xalqının və hökumətinin yanındadır", - deyə səfir vurğulayıb.


Oxunma sayı: 5182

Oxşar yazılar